Accessibility links

Britaniya hökuməti əsgərlərinin xilası əməliyyatını düzgün hesab edir


Britaniyanın müdafiə naziri dünən İraqın Bəsra şəhərində Britaniya hərbi qüvvələrinin iki əsgər yoldaşlarını həbsxanadan xilas etmək üçün polis məhtəqəsinin divarını sındırmaqlarını düzgün hesab edir. Bu hadisə nəticəsində iki iraqlının öldüyü xəbər verilir.

İki Britaniya əsgərinin xilas əməliyyatı barədə yeni detallar əldə edilib. Xilasetmə missiyasına başçılıq edən general Con Lorimerin bildirdiyinə görə, bazar ertəsi mülki paltar geymiş iki Britaniya əsgəri İraq polisi tərəfindən Britaniyanın hərbi nümayəndələrinə təhvil verilməsi əvəzinə, həbsə salınmışdı. Lorimer bunu belə izah edir: “Mən əsgərlərin üsyançıların əlinə keçdiyi barədə məlumat əldə etdikdən sonra onların təhlükəsizliyindən narahat oldum. Jamait polis məntəqəsinə hücum etmək kimi çox çətin bir qərar qəbul etdim. Biz bu addımı əsgərlərin artıq İraq polisinin əlində olmadığını bildikdən sonra atdıq. Onları Bəsradakı bir evdən xilas etmək üçün əməliyyata keçdik.”

Britaniyanın müdafiə naziri Con Reid deyib ki, əməliyyata başçılıq edən komandir İraq polisi ilə müzakirələr baş tutmadıqdan sonra əsgərləri xilas etmək üçün qüvvəlrədən lazımi şəkildə istifadə etmişdir. Britaniya rəsmiləri həmin iki əsgərin nəyə görə mülki paltarda olduğu və bunun nə məqsəd daşıdığı, eləcə də nəyə görə həbs edildikləri barədə məlumat verməyiblər.

XS
SM
MD
LG