Accessibility links

Qanunvericilərin diqqəti hakim O'Konnorun yerinə kimin seçiləcəyinə yönəlib


Prezident Buşun baş hakimliyə namizəd göstərdiyi Con Robertsin Ali məhkəmənin növbəti sessiyasında, yəni oktyabr ayının 3-dən əvvəl Senat tərəfindən təsdiq ediləcəyi gözlənilir. Amerikanın səsinin müxbiri Cim Melon bildirir ki, hər iki partiyadan bəzi qanunvericilər hazırda diqqətlərini hakim Sandra Dey O'Konnorun yerinə kimin təyin ediləcəyinə yönəldib. İndiyədək prezident Buş bu yerə namizədin kim olacağına dair çox az işarə edib. Müxalif demokratlar O'Konnorun yerinə mötədil bir şəxsin təyin edilməsini istəyirlər. Respublikaçılardan bəzisi də məsələyə eyni münasibət bəsləyir. Respublikaçılar prezidentdən Ali məhkəmənin iki-hakim Antonin Skalia və Klarenc Tomas mühafizəkar üzvünə yaxın bir namizəd seçməsini istəyirlər. Hüquqşünaslar və siyasi təhlilçilər hesab edirlər ki, prezidentin baş hakimdənsə O'Konnorun yerinə kimi namizəd göstərəcəyi daha əhəmiyyətlidir. Təhlilçilər Con Robertsin baş hakimliyə təsdiqinin məhkəmədə böyük dəyişiklərə yol açmayacağını proqnozlaşdırırlar. Amma prezidentin mötədil O'Konnorun yerinə mühafizəkar bir namizəd göstərməsi məhkəmənin gələcək qərarlarına mühüm təsir bağışlayacaq. Bundan əlavə prezident hakimliyə ya qadın, ya da ki, azlıqların nümayəndəsinin təyin edilməsi kimi bir tələblə qarşılaşıb. Xatırladaq ki, Sandra Dey O'Konnor prezident Ronald Reyqan tərəfindən təyin edilən ilk qadın hakim idi. Prezident çıxışları zamanı bu vəfizəyə ilk dəfə olaraq ispan mənşəli bir namzədi irəli sürəcəyinə işarə etmişdi. Qeyd edək ki, məhkəmə üzvlərindən yalnız biri - Afrika mənşəli amerikalı Klarens Tomas azlıqların nümayəndəsidır. Demokratların bəzisi isə bildirir ki, məhkəməyə daha bir mühafizəkarın namizədliyi Senatda filibasterliyə, başqa sözlə azlıq təşkil edən senatorların təsdiqi gecikdirməsinə yol aça bilər. Siyasi təhlilçilərin fikrincə prezidentin O'Konnorun yerinə namizəd göstərməsi Con Robertsin baş hakim vəzifəsinə təsdiqindən sonra göslənilir.
XS
SM
MD
LG