Accessibility links

Prezident Buş Konqresi müvəqqəti iş proqramının təsdiqinə çağırıb.


Prezident Buş Birləşmiş Ştatlar Konqresini müvəqqəti iş proqramının təsdiqinə çağırmışdır. Amerikanın Səsinin müxbiri Paula Volfson Ağ Evdən bildirir ki, prezident bu proqramın cinayətkarlığın və narkotik qaçaqmalçılığın sərhəddən rahat keçməsinin qarşısının alacağını deyib. Prezident Buş sərhəd mühafizəsinin milli təhlükəsizlikdə böyük rol oynadığını və emiqrasiya qanunları üçün daha çox maliyyə vəsaitlərinin ayrılmasının vacib olduğunu deyib. Prezident bunu oktyabr ayının birində başlanacaq Daxili Təhlükəsizliyin büdcə ilinin təsdiqini imzalamağa hazırlaşdığı vaxt deyib. Bu büdcənin həyata keçirilməsinə 30,8 milyard dollar ayrılmışdır. Lakin prezident əsas diqqəti sərhəd nəzarətinə vermişdir. Prezident bu vəsaitin əsasən sərhəd işçilərinə, texnologiyanın daha da yaxşılaşdırılmasına və nəzarət altına alınan qeyri-qanuni mühacirlərin ölkələrinə göndərənə qədər saxlanması üçün məntəqələr hazırlanmasına sərf edilməsinin vacib olduğunu vurğulayıb.

Cənab Buş amerikalıların istəmədiyi işlərlə xaricdən gələnlərin işləməsinə icazə verəcək proqramın hazırlanmasının mühüm olduğunu deyib. O, sərhəddən qeyri-qanuni keçənlərin çoxunun iş tapmaq məqsədi ilə Meksikadan gəldiyini söyləyib. Prezident Birləşmiş Ştatlara qanuni gələ biləcək və sonra da öz ölkələrinə qayıda biləcək bir proqramın hazırlanmasını təklif etdi. “Mən Konqres nümayəndələri ilə birlikdə bizim iqtisadiyyta zərər gətirməyəcək, amnistiya tətbiq edilməsini nəzərdə tutmayacaq və sərhədlərimizi qoruya biləcək bir proqram hazırlayacağam”- deyə prezident bildirib.

Günün əvvəlində Senat Hüquq Komissiyası qarşısında çıxış edən Təhlükəsizlik naziri Maykl Çertoff immiqrasiya islahatlarının vacibliyini vurğulayıb. O, qeyd edib ki, təkcə sərhəd mühafizəsini gücləndirməklə qeyri-qanuni mühacirət probleminin qarşısını almaq mümkün olmayacaq.

XS
SM
MD
LG