Florida ştatının sakinləri böyük qasırğalardan sonra olduğu kimi, bu dəfə də Vilma qasırğasından sonra onlara çox yaxşı tanış olan təmizləmə işlərinə başlayıblar. Qasırğa nəticəsində ABŞ-ın bu cənub ştatında 6 adamın öldüyü xəbər verilir. Vilma qasırğasının vurduğu zərərsə milyardlarla dollarla ölçülür. Bu gün ştatda 3 miyondan artıq ev və ofisdə elektrik işığı olmayıb. Vilma son 15 ayda Floridada 8-ci qasırğadır. Atlantik okeanında qasırğa mövsümü başlayandan bu, 21-ci güclü qasırğa hesab edilir. Birləşmiş Ştatların Milli Qasırğa Mərkəzinin verdiyi məlumata görə, ölkənin şərq sahilinə çatmış Vilma artıq zəifləsə də, hələ də saatda 165 kilometr əsən küləklə müşayiət olur. Vilma ABŞ-ın şimal-qərb bölgələrində hava temperaturunun enməsi və güclü yağışlara səbəb olub.