Accessibility links

Florida sakinləri qasırğadan sonrakı vəziyyətin öhdəsindən gəlməyə çalışır


Vilma qasırğasının təsirinə məruz qalan bölgələrdə təmizlik işləri davam etdirilir. Florida ştatının sakinləri saatlarla benzindoldurma stansiyaları və ya yardım işçilərinin payladıqları su, buz və ərzaq növbələrində dayanır. Federal Fövqəladə Vəziyyətlər Agentliyi Florida ştatında bərpa işləri üçün yardımı artıq təsdiq edib. Xatırladaq ki, qasırğa bu ştatda 6 adamın ölümünə səbəb olmuşdu.
XS
SM
MD
LG