Accessibility links

Çin quş qripi virusunun yayıldığını təsdiq etdi


Çin rəsmiləri bu həftə quş qripinin yayıldığını və oktyabrın 26-da Çinin şimal-şərqindəki Layoninq vilayətində doqquz minə qədər quşun öldürüldüyünü təsdiq etmişlər. Okyarbar ayının 14-dən etibarən bu avian qripinin dördüncü dalğasıdır. Bu yaxınlara qədər Çin insanlar arsında quş qripinə yoluxma hadisəsinin qeydə alınmadığını bildirirdi. Lakin sağlamlıq üzrə expertlər ev quşlarının ən çox saxlandığı Çində bu təhlükənin yüksək olduğunu deyirlər. Qeyd edək ki, Çində ev quşlarının sayı 14 milyarda yaxındaır. Bundan əlavə bu ölkə üzərindən çox sayda köçəri vəhşi quşlar səfər edir. Çinin iqtisadiyyatının geniş inkişafına baxmayaraq, əsasən ölkənin ucqar bölgələrində sağlamlıq infrastrukturu zəifdir. Çin hökuməti bunu bilir və sitemin bərpası üçün yeni proqramlar hazırlayır. Dünya Saşlamlıq Təşkilatının sözçüsü Roy Vedia Pekindən bildirir: “Çinin böyük hissəsi, əsasən də ölkənin ucqar bölgələrində son 20-30 il ərzində sağlamlıq sistemi bərbad vəziyyə düşmüşdür. İnsanların ən bəsit səhiyyə xidmətləri ilə təmin edilməsində problemlər mövcuddur.” O, eləcə də Tayland və Vyetnamda da belə problemlərin mövcud olduğunu və Vyatnamda bu həftə üç min quşun məhv olduğunu bildirib. Qeyd edək ki, Asiyadan Şərqi Avropayadək bir ərazini bürüyən H5N1 quş qripi virusu Cənubi Asiyada azı 62 nəfərin ölümünə səbəb olmuşdur.
XS
SM
MD
LG