ABŞ-ın Ali Məhkəməsi xarici terrorçular üçün Buş administrasiyasının hərbi tibunalları ilə bağlı dinləmələr keçirilməsinə razılıq verib. Ali Məhkəmə bu gün Üsama Bin-Ladenin sürücüsü və çangüdəni Yəmən vətəndaşı Səlim Əhməd Həmdanın apelyasına baxılacağını elan edib. Məhkəmə Həmdanın müharibə cinayətkarı kimi ABŞ-ın Quantanamodakı hərbi zabitləri tərəfindən mühakimə edilib-edilməyəcəyinə dair hökm çıxarmalıdır. Xatırladaq ki, prezident Buş hərbi tirbunnallarla bağlı qərarı 2001-ci ilə sentyabrın 11-i terror aksiyalarından sonra vermişdi.