Accessibility links

Səudiyyə Ərəbistanının yeni səfiri terrorizmlə mübarizəyə çağırıb


Səudiyyə Ərəbistanının Amerikadakı yeni səfiri Türki Əl-Feysəl beynəlxalq ictimaiyyəti terrorçuluğa qarşı mübarizədə həmrəyliyə çağırıb. Səfir Türki Əl-Feysəl Vaşinqtonda yerləşən Yaxın Şərq İntitutunun təşkil etdiyi konfransdakı çıxışı zamanı terrorçuluğun dünyada sülh və sabitliyə ən böyük təhlükə adlandırıb. O, 2001-ci il sentyabrın 11-i terror aksiyalarını törədən 19 nəfərdən 15-nin Səudiyyə Ərəbistanı vətəndaşı olmasını ölkə tarixinin ləkəsi olduğunu deyib. Səfir Əl-Feysəl Əl-Qaida və digər qrupları “iblis kultu“ adlandıraraq, onların İslamı təmsil etmədiyini bildirib.

Səfir Türki Əl-Feysəl Səudiyyə Ərəbistanının bəyanatını açıqlayaraq, axtarışda olan terrorçu Ədnan Abdullah Faris Əl-Ömərin həbs edildiyini bildirib. Qeyd edək ki, nazirlik krallığa təhvil verildyini bildirsə də, Əl-Ömərin hansı ölkədən və nə vaxt təhvil alındığı barədə məlumat verməyib.

XS
SM
MD
LG