İraqdakı parlament seçkilərinə üç həftədən az qalan bir vaxt üsyançıların hücumları artır. Bu gün maşına yerləşdirilmiş bombanın partlaması nəticəsində azı doqquz adamın öldüyü bildirilir. Polisin bildirdiyinə görə, dörd nəfər Bağdadın mərkəzində Birləşmiş Ştatlar hərbi qüvvələrinin keşik çəkdiyi yerə yaxın maşında bombanın partlaması nəticəsində, beş nəfər isə paytaxtdan şimalda yerləşən Samarranın yaxınlığında benzindoldurma məntəqəsinə hücum zamanı qətlə yetirilmişlər. Birləşmiş Ştatlar hərbiçilərinin məlumatında isə bildirilir ki, dünən yol kənarına yerləşdirilmiş bomba partlaması nəticəsində Amerka əsgərləri həlak olmuşlar.