Accessibility links

Çeçenistanda parlament seçkiləri


Çeçenistan respublikasıında dünən keçirilən parlament seçkilərinin ilkin nəticələrinə görə, Kreml tərəfdarı partiyanın səs çoxluğu əldə etdiyi bildirilir. Çeçenistanın Seçki Komissiyasının sədri İsmayıl Baixanov ilkin rəsmi nəticələrə əsasən Vahid Rusiya Partiyasının 400-dən artıq seçki dairəsində iki palatalı yeni parlamentdə yerlərin 60 faizini əldə etdiyini bildirib. Cənab Baixanovun bildirdiyinə görə, ikinci yerdə 12 faiz səslə Kommunist Partiyası yer alıb, 10 faiz səs toplamaqla üçüncü yerə Sağ Qüvvələr partiyası çıxıb. Rusiya televiziyası ilə yayımlanan çıxışı zamanı İsmayıl Baixanov bildirib ki, səsvermə ciddi pozuntulara yol verilmədən keçirilib. Nəticələr elan edildikdən az sonra Rusiya prezidenti Vladimir Putin səsvermə zamanı nizam-intizamın qorunmasındakı roluna görə təlhükəslzik qüvvələrinə minnətdarlığını bildirmişdir. Prezident Putin demişdir ki, Rusiya hökuməti qarşıda nə qədər iş görüləcəyindən xəbərdardır. O, seçkiləri Çeçenistanda asayişin bərpası prosesində yekun addım kimi qiymətləndirib.

XS
SM
MD
LG