Accessibility links

Kondoliza Rays Avropaya səfərindən öncə ABŞ-ın məhbusların saxlanmasına dair siyasətini müdafiə edib


Dövlət katibi Kondoliza Rays Avropaya səfərindən öncə ABŞ-ın məhbusların saxlanmasına dair siyasətini müdafiə edib, lakin Avropa Birliyinin Amerikanın gizli həbsxanaları haqda narahatlıqlarına cavab verməyib. Bu gün Almaniyaya yola düşməzdən əvvəl açıqlamalar verən xanım Rays məhbusların saxlanmasına dair siyasətin ABŞ qanunları və beynəlxalq müqavilələr çərçivəsində aparıldığına təkid edib. Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatları heç bir şəraitdə işgəncəyə yol vermir. ABŞ Dövlət katibi habelə məhbusların işgəncə verilməklə dindirilmək üçün bir ölkədən başqa ölkəyə aparılmadığını deyib. Avropa Birliynin rəsmiləri şərqi Avropa ölkələrində Amerikanın gizli həbsxanalarının mövcudluğu haqda məlumatlara dair rəsmi informasiya almaq üçün Amerikaya müraciət etmişlər.

Xanım Rays ötən Çərşənbə Axşamı ABŞ-da səfərdə olan Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayerlə Avropada yerləşən gizli Amerika məhbəsləri haqda ittihamları müzakirə etdi. Almaniya Amerikanın belə həbsxanalar olması haqda şaiyələrə açıqlama gətirilməsini tələb edən bir neçə Avropalı müttəfiqlərdən biridir. Buş administrasiyası hələlik bu ittihamları nə təsdiq, nə də təkzib edib, amma Vaşinqton vəd edib ki, Avropalıların narahatçılıqları nəzərə alınacaq. Dövlət Departamentinin sözçüsü Şon Makkormak brifinqdə bildirib ki, mətbuatr və ictimaiyyətin bu mövzuda legitim suallar qaldırmağa haqqı var və administrasiya bunlara cavab verəcək. Niyabrın 2-də Vaşinqton post qəzeti adı açıqlanmayan hökumət nümayəndələri və xarici rəsmilərinə istinad edərək Mərkəzi Kəşfiyyat İdarəsinin bir sıra mühüm Əl Qaeda əsirlərini Şərqi Avropada sabiq Sovet dönəmində tikilmiş həbsxanalarda saxladığı haqda xəbər yaydı. Nyu Yorkda yerləşən Human Rayts VVatch təşkilatı bundan sonra iş üzərində təhqiqat aparmağa başladı. Polşa Prezidenti Aleksandr Kvaşinevski və Rumıniya baş naziri Çalin Tauçeanu öz ölkələrində Amerika kəşfiyat agentliyinin məhbəs saxlaması haqda xəbərləri rədd edib. Amma Human Raytz VVatch uçuş rekordlarının bu təkziblərə şübhə ilə yanaşmağa əsas verdiyini deyir. Belə ki, Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus Boinq 737 markalı təyyarə Kabil aeroportundan Quantananmo bazasına uçuş edərkən yol üstündə heç bir səbəb olmadan şimali Polşanın Zhimani aeroportuna və Mixail Koqalniçeanu adına Rumıniya hərbi aerofromuna enişlər edib. bundan əlavə tutulmaları məluma olan 26 tanınmış terror şübhəlisinin harda saxlanılması haqda məlumat verilmir

XS
SM
MD
LG