Accessibility links

ABŞ Rusiya ilə İranla bağlı narahatlıqları müzakirə etməyə davam edəcək.



Birləşmiş Ştatlar Rusiyanın İrana yeni silah satışı ilə bağlı münasibətini bildirib. Dövlət Departmentinin nümayəndəsinin bildirdiyinə görə, ABŞ Rusiya ilə İranla bağlı narahatlıqları müzakirə etməyə davam edəcək. Rusiya İrana taktiki yer-hava tipli raket sistemi satacağını təsdiq edib. Lakin müdaifə naziri bunun tamamilə “müdafiə xarakteri” daşıdığını və İranın bu raketlərə malik olmasının Yaxın Şərqdə qüvvələr nisbətinə heç bir şəkildə təsir göstərməyəcəyini deyib. Birləşmiş Ştatlar Rusiya və İran arasında raket satışına dair razılığın regionun maraqlarına xidmət edəcəyini düşünmədiyini bildirib.
XS
SM
MD
LG