Accessibility links

Rusiya İrana hava müdafiə raketlərinin satışını davam etdirəcəyini bildirib


Rusiyanın müdafiə naziri deyib ki, ABŞ-ın narahatlıqlarına baxmayaraq onun ölkəsi İrana hava müdafiəsi raketlərinin satışını davam edəcək. Sergey İvanov bildirib ki, silah satışı üzrə müqavilə beynəlxalq qanunları pozmur. Bu qün etdiyi çıxışında o, təsdiqləyib ki, diqər ölkələrin narahatlığı səbəbindən Rusiya imzalanmış müqavilələri dayandırmayacaq.

Bu həftə Dövlət Departamentinin nümayəndəsi çıxış edərək bildirib ki, müqavilə nə Amerika , nə də reqiondakı ölkələrin maraqlarına xidmət etmir. Onun sözlərinə qörə ABŞ rəsmiləri bu məsələni Rusiya qarşısında qaldırıb və həlli üzərində səylərini davam etdirəcək. Xatırladaq ki, Rusiya, İranın nüvə silahı proqramları barədə məsələnin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına çıxarılması üçün qərb ölkələrinin səylərinə qarşı da çıxış edir.

XS
SM
MD
LG