Accessibility links

B.Kroker:Bin Laden Pakistanda fəaliyyətdə deyil


Amerika Birləşmiş Ştatlarının Pakistandakı səfiri Rayan Kroker Üsamə Bin Ladenin artıq Pakistanda fəaliyyətdə olduğuna inanmadığını bildirib. İslamabadda müxbirlərlə söhbəti zamanı ABŞ-ın Pakistandakı səfiri cənab Kroker bildirib ki, Əl-Qaidə ciddi problemlərlə üzləşib. Səfir Üsamə Bin Ladenin Pakistanın Əfqanıstanla sərhəd bölgəsində gizləndiyinə dair fikrin artıq mövcud olmadığını və Əl-Qaidənin dünyadakı bölmələri ilə əlaqə saxlanılması üçün bu bölgələrin uzaq olduğunu deyib. Səfir Kroker dediklərinin kəşfiyyat məlumatlarına əsaslanıb-əsaslanmadığı haqda heç bir şey deməmişdir. Qeyd edək ki, Amerikanın Pakistandakı səfirinin bu bəyanatı Əl-Qaidənin yardımçı komandirlərindən biri-Əyman Əl- Zəvahirinin Bin Ladenin hələ də bu qlobal terror şəbəkəsinə başçılıq etdiyini dediyi video-kasetin nümayişindən bir neçə gün sonraya təsadüf edir. Tarixi olmayan kadrın bir neçə ay əvvəl lentə yazıldığı təxmin edilir. Əl-Qaidə üzrə ekspertlərin fikrincə isə terror şəbəkəsinə Üsamə Bin Laden deyil, məhz Zəvahiri başçılıq edir. Son dəfə Bin Ladeni nümayiş etdirən video 2004-cü ildə Amerikanın prezident seçkilərindən bir qədər əvvəl yayımlanmışdı.
XS
SM
MD
LG