Accessibility links

Ispaniyada siqaret çəkməyə ciddi qadağalar qoyulub


İspaniyada bu gündən etibarən bir çox dövlət müəssisələri və ictimai yerlərdə siqaret çəkmək qadağan olunacaq. İndən belə 100 kvadrat metrdən iri sahəyə malik olan bar və restoranlarda siqaret çəkilməyən bölümlər yaradılmalıdır, və daha kiçik bizneslər siqareti qadağan etmək hüququna malikdirlər. Yeni qanun həmçinin siqaret və başqa tütün məmulatlarının reklamına qadağa qoyur. Aeroportlarda, otellərdə, kinoteatrlarda və başqa ictimai yerlərdə siqaret çəmək üçün xüsusi sahə ayrılmalıdır. Hərçənd ki, İspanlar Avropanın ən çox siqaret çəkən millətidir, son rəy sorğularına əsasən vətəndaşların 70 faizi yeni qanunu dəstəkləyir.
XS
SM
MD
LG