Accessibility links

Ukrayna və Rusiya prezidentləri razılığa gəldilər


Ukrayna prezidenti Viktor Yuşçenko və Rusiya prezidenti Vladimir Putin təbii qaz qiymətləri ilə bağlı iki ölkə arasında yaranmış qalmaqalın çözülməsindən razılıqlarını izhar etmişlər. İki lider bu gün Qazaxıstan prezidenti Nursultan Nazarbayevin inaqurasiyası mərasimi zamanı görüşmüşlər. Cənab Putin razılaşmanı düzgün və faydalı adlandırıb. Cənab Yuşçenko hər iki tərəfi problemi həll etidiynə görə təbrik edib. Qeyd edək ki, Rusiya Ukraynaya qaz təchizatını kəsdikdən sonra ötən həftə rəsmi Kiyev indən belə qaz üçün ikiqat artıq pul ödəməyə razı oldu. Dünən isə Ukrayna parlamenti razılığa etiraz edərək hökumətin buraxılmasına səs verib.
XS
SM
MD
LG