İraq rəsmilərinin bildirdiyinə görə, üsyançılar Bağdadda Misrə məxsus telefon şirikətinə hücum edərək, altı mühafizəçini qətlə yetirmişlər. Şirkətdə çalışan Malavi və madaqaskarlı mühəndis itkin düşüb. Onların qaçırıldığına inanılır. Bu arada, girovdarlar İraqın daxili işlər naziri, şiə siyasətçi Bayan Cəbrin bacısını iki həftə bundan əvvəl oğurladıqdan sonra azad ediblər. Üsyançılar “Krisçian Sayens Monitor” qəzetinin girov götürülmüş müxbiri Cil Karrolun video kasetini nümayiş etdirərək, İraqda qadın məhbusların hamısının 72 saat ərzində azad edilmədiyi təqdirdə, jurnalistin qətlə yetiriləcəyini bildiriblər.