Accessibility links

Mehmed Əli Ağcanın həbs cəzası uzadılıb


Anadolu Xəbər Agentliyinin verdiyi məlumata görə, Roma Papası İkinci İohan Pavelə qarşı sui-qəsd cəhdində ittiham edilən Mehmed Əli Ağcanın həbs müddəti daha 4 il uzadılıb. Beləliklə, Türkiyə prokuroroları onun 2010-cu ilin yanvar ayının 18-dək dəmir barmaqlar arxasında qalması qərarına gəmişlər. Xatırladaq ki, Ağca İstambulun kartal məhbəsinə keçən həftə apelyasiya məhkəməsinin onun yanvar ayının 12-də azad edilməsi qərarını ləğv etdikdən sonra qaytarılıb. O, İtaliya həbsxanasında cəzasının 19 ilini çəkmişdi.
XS
SM
MD
LG