Kanadanın mühafizəkar müxalifət partiyası 12 ildən sonra Liberalların hökumətinə son qoyaraq ümummilli seçkilərdə qalib gəldi. Nəticələr Kanadanın 22-ci baş nazirinin, 46 yaşlı iqtisadiyyatçı Stefan Harperin qələbə çaldığını göstərdi. Mühafizəkarlar Partiyası 36 faizdən çox səs qazanmaqla, parlamentdəki 308 yerin 124-nü əldə etdi.
Liberalların lideri və hakimiyyəti cəmi 2 il sürən baş nazir Pol Martin məğlub edildi O, Monreal parlamentinin üzvü olaraq Liberal partiyasının liderliyindən istefasını vermişdi. Onun partiyası parlament seçkilərində 30 faizdən bir az artıq səs əldə edərək, Nümayəndələr platasında 103 yeri əldə edə bilmişdir. Kanadanın Kvebek Partiyası Bloku 51 yeri əldə etmişdir. Yeni Demokrat Partiyası isə parlamentdə 29 yer qazanmışdır. Xatırladaq ki, bu partiyanın liderləri Kanada tarixində parlamentdə yer alan ikinci ər-arvad Olivia Şou və Cek Leytondur.
Kanadada seçicilər partiya liderlərinə deyil, parlamentin üzvlərinə səs verirdilər. Cənab Harper onu dəstəkləyənlər qarşısında etdiyi qələbə çıxışında deyib ki, digər partiyaların onun azlıqda olan yeni hökumətindən daha artıq səs qazandıqlarını nəzərə alacaq. O, siyasi rəqibləri ilə birgə işləyəcəyinə söz verib.
Qarşıdan gələn iki həftə ərzində hakimiyyətdə əsəs dəyişikliklər gözlənilir. Cənab Harper deyib ki, o, özünün cavabdehlik actını açılayacaq. Bu isə onun qarşıdurma və korrupsiyanın aradan qaldırılması kampaniyasıdır. Xatırladaq ki, liberal baş nazir Jan Kretiyenin hakimiyyəti dövründə hökumət nümayəndələrini korrupsiyada ittiham edən hesabat seçkilərin zəruriyyətini yaratmışdı.
Yeni baş nazir Harper yeni hökumətin vergilərin ixtisarı, Kanadanın ədliyyə sistemində islahatlar, uşaqlı ailələrin vergi kreditləri, habelə, Kanadanın sağlamlıq sistemində cərahiyyə əməliyyatlarının gözlənilməsi vaxtlarının azaldılması kimi məsələrin diqqət mərkəzinə çəkiləcəyini bildirib.