Accessibility links

ABŞ-ın Təhlükəsizlik Şurası Həması Yaxın Şərq danışıqlarına qoşulmağa çağırır


Birləşmiş Ştatların Təhlükəsizlik Şurası bildirib ki, Fələstin hökumətinə yeni gəlmiş Həmas İsrailin mövcudluğunu tanımalı və Yaxın Şərqdəki münaqişənin həlli yolunda danışıqlara qoşulmalıdır.

Keçən ay Fələstinin parlament seçkilərində militant İslam qrupu Həmasın qələbəsindən sonra dünən birinci dəfə bəyanat verən Birləşmiş Ştatların BMT-dəki səfiri Con Bolton BMTnin Fələstinin müstəqil bir dövlət olaraq İsraillə dinc-yanaşı yaşaması vədinə sadiq olduğunu bildirib. Cənab Bolton Fələstin muxtariyyəti rəsmilərini “Yol xəritəsi” sülh planına qoşulmağa çağırıb. Lakin o, əlavə edib ki, Fələstin hökuməti İsrail hökuməti bu barədəki öhdəliyi bölüşməlidirlər.

Yanvarın 25-də keçirilən Fələstinin parlamenrt seçkilərində Həmasın qələbəsindən sonra hakim Fətah Partiyasının və Həmasın liderləri artıq iki dəfə görüşərək yeni hökumətin təşkili barədə danışıqlar aparırlar. Həmasın Fətahı koalisiyaya qoşulmağa çağırdığı, lakin Fətah liderlərinın müxalifətdə qalmağa üstünlük verdiyi bildirilir.

Yol Xəritəsinin tərtibçiləri Birləşmiş Ştatlar, BMT, Avropa Birliyi və Rusiyanın bazar ertəsi Londondakı Fələstin hökumətinə bildirmişlər ki, İsraillə sülhə riayət etdiyi təqdirdə Fələstinə yardım davam edəcək.

XS
SM
MD
LG