Accessibility links

ABŞ-ın daxili təhlükəsizlik naziri Amerika limanlarının nəzarətinin xarici şirkətə verilməsini müdafiə edib


Amerika Birləşmiş Ştatlarının daxili təhlükəsizlik naziri Maykl Çertoff ABŞ-ın əsas terminallarının müdafiəsinin Birləşmiş Ərəb Əmirliklərindəki şirkətə verilməsi ilə bağlı qərarı dəstəklədiyini bildirib. Birləşmiş Ərəb Əmirlikləri hökumətə məxsus olan Dubai Ports Vorld şirkətinin Londonda yerləşən və Amerikanın 6 limanında ticarət əməliyyatları həyata keçirən özəl Penensular və Oriyental Steam Navigation şirkətindən alışı kəsksin tənqid atəşinə tutulub. Amerikanın Ticarət, Müdafiə, Daxili Təhlükəszlik, Ədliyyə və Dövlət Departamentinin nümayəndələrini özündə cəmləşdirən xarici investisiya komitəsi həmin şirkətlərin 7 milyarda yaxın ticarət sövdələşməsini təsdiq etmişdir. Daxili təhlükəsizlik naziri Maykl Çertoff təfərrüatları açıqlamaqdan imtina edərək, bu razılğın ciddi şəkildə nəzərdən keçirildiyini bildirib.Buş administrasiyanın bu son ticarət razılığını araşdıran Senat və Nümayəndələr Palatasının hər iki partiyadan olan üzvləri razılığı milli təhlükəszliyə hədə adlandırıblar. Onların bildirdiyinə görə, Birləşmiş Ərəb Əmirlikləri 2001-ci il sentyabrın 11-i təyyarələri qaçıranlara baza kimi xidmət etmişdi. Bundan əlavə Əmirlik Taleban rejimini legitim hökumət kimi tanıyan üç ölkədən biridir. Buş adminitsrasiyası isə Birləşmiş Ərəb Əmilriklərini terrorizə qarşı mübarizədə yaxın müttəfiq kimi nəzərdə tutur. Maykl Çertoff demişdir ki, razılığın diqqətlə yoxlanması ilə Amerikaya qarşı təhlükə riskinin azaldığını görmək olar. Qeyd edək ki, Amerikanın əsas 6 limanı Baltimor, Mayami, Nyu Cersi, Nyu Orlean, Nyu York və Filadelfiyadır.

XS
SM
MD
LG