Accessibility links

Qazaxıstanda 6 nəfər həbs edilib


Qazaxıstan mərbuatında yazıldığına görə, müxalifət lideri Altınbey Sarsenbayevin qətli ilə əlaqdar 6 şəxs həbs edilib. Daxili İşlər Naziriliynə istinad edən mətbuatda bildirilir ki, şübhəlilər bu qətlə görə 25000 dollar aldıqlarını deyiblər. Sarsenbayev və onun iki yardımçısının cəsədi bir həftə əvvəl Alma-atı şəhəri yaxınlığında aşkar edilmişdi. Bu hadisədən üç ay əvvəl digər bir müzalifət nümayəndəsi Zamanbey Nurkadilovun müammalı ölümü barədə xəbər yayılmışdı. Hökumət nümayəndələri onun intihar etdiyini bildirmişdilər. Qazaxıstan prezidenti Nursultan Nəzərbayev ABŞ-ın Federal Təhqiqiat Bürosunun əməkdaşları da daxil edilməklə, xarici müstəntiqlərin istintaqa yardım etmələrini istəmişdir.
XS
SM
MD
LG