ABŞ-ın dövlət katibi Kondoliza Rays Misir prezidenti Hüsnü Mübarəklə görüşüb. İlk dəfə olaraq xanım rays Əl Əzhar məscidinin şeyxi ilə görüşüb və Məhəmməd peyğəmbərin katrikaturalarının yaratdığı narazılıqları aradan qaldırmağa səy edib.
ABŞ dövlət katibi İsrail-Fələstin sülh prosesi və terrorçu qrup kimi tanınan Həmasla qeyri-mümkün əlaqələr məsələlərini müzakirə edib. Qeyd edək ki, xanım Raysın Yaxın Şərq səfərinin əsas məqsədi Həmas liderliyinin siyasətində dəyişiklik etməsinə təzyiq göstərilməsində Misir və Səudiyyə Ərəbistanının dəstəyini əldə etməkdən ibarətdir.