Accessibility links

ATƏT-in açıqladığı bəyanat jurnalist Elmar Hüseynovun qətli barədə


Bu gün ATƏT-in açıqladığı bəyanatda bir il bundan əvvəl qətl yetirilmiş jurnalist Elmar Hüseynovun qətlilə bağlı təhqiqatın gedişindən narahatlıq ifadə olunub. ATƏT-in Bakı ofisinin sədri Muruzio Pavesi Azərbaycan rəsmilərini Elmar Hüseynovun qətlinə görə məsuliyyət daşıayn şəxslərin ədalət məhkməsi qarşısına çıxarılması üçün lazımi addımlar atmağa çağırıb. Pavesi bildirib ki, cinayətkarların əsl motivləri müəyyənləşdirilib məhkəmədə təsdqi olmayana qədər işi bağlı hesab etmək olmaz. “Monitor” jurnalının baş redaktoru Elmar hüseynovu şəxsən tanıyan ATƏT-in mediya qaadlığı məsələləri üzrə nümayəndəsi Mikloş Haraşti deyib ki, jurnalistin qətli Azərbaycanın media ictimaiyyəti çün böyük itki olmuşdur. Onun sözlərinə görə, Elmar Hüseynov azad mətbuatın əsl qəhrəmanıdır.

XS
SM
MD
LG