Accessibility links

Iraq müharibəsinin üçüncü ildönümü ərəfəsində müxtəlif ölkələrdə nümayişlər keçirilir


İraq müharibəsinin üçüncü ildönümü ərəfəsində İngiltərə, Yaponiya, Avstraliya və dünyanın bir neçə digər ölkəsində müharəbəyə etiraz olaraq nümayşlər keçirilib. Londonun mərkəzi meydanına toplaşan minlərlə nümayşçi anti-müharibə şüarları səsləndiriblər. Etirazçılar üzərində dünyanın bir nömrəli terroriti sözləri yazılmış ABŞ prezidentinin şəkillərini daşıyıblar. Bəzi plakatlar Toni Bleyer hökumətinin istefasına çağırıb.

Xatırladaq ki, Britaniya Amerikadan sonra İraqda ən böyük hərbi qüvvəyə malik oaln ölkədir. Nümayişlər Cənubi Koreya, Pakistan, Türkiyə və Yunanıstan kimi digər ölkələrdə də təşkil edilib. Bu gün dünya boyu 200-dən artıq etiraz aksiyası keçirilib.

XS
SM
MD
LG