Accessibility links

Pakistandakı hücumlarda Baluç fəalları günahlandırılır


Pakistanın Balucistan vilayətində minlərlə Baluç fəalının Quettada hərbi fəaliyyətlərə qarşı etdiyi etdiyi etiraz nümayişi zamanı 10 nəfərin qətlə yetirildiyi xəbər verirlir. Yerli rəsmilərin bildirdiyinə görə bu gün ilk partlayış Kohludakı südçülük fermasında baş vermiş və orada 3 adam ölmüş, 16 nəfər isə yaralanmışdır. Bundan bir saat sonra isə Quettanın cənubunda qaz araşdırmaları idarəsində bomba partlaması nəticəsində oranın 6 nəfər təhlükəsizlik işçisi qətlə yetirilmişdir.

Bunlarla yanaşı, bir traktorun yerə basdırılmış minaya düşərək partlaması səbəbindən sürüçü ölmüşdür. Bu hücumların məsuliyyətini üzərinə götürən olmasa da, rəsmilər bunların Baluç etnik qrupu üzvləri tərəfindən edildiyini deyirlər.

XS
SM
MD
LG