Human Rights Watch İnsan Hüquqları Təşkilatı Qırğızıstan rəsmilərini bu həftə müstəqillik tərəfdarı Edil Baysalova qarşı hücumla bağlı təcili istintaqa çağırıb. Human Rights VVatchın bəyanatında bildirilir ki, istintaq müstəqil keçirilməldir. Qeyd edək ki, Edil Baysalova hücum çərşənbə axşamı Bişkek şəhərində öz ofisindən çıxarkən edilmişdi. O, arxadan, baş nahiyəsinə endirilən zərbədən yaralanmışdır. Lakin ona atəş açıldığı və ya hansısa alətlə vurulduğu məlum deyil.
Demokratiya və Vətəndaş cəmiyyəti Aliansının başçısı Baysalov deputatlıq əldə etməyə çalışan, cinayətkarların bosu adlandırılan Rusbek Akmatbayevə qarşı kampaniyaya başçılıq edirdi.