ABŞ-ın Milli Təhlükəszlik Şurasının iki keçmiş eksperti Riçard Klark və Steven Simon bildiriblər ki, İrana qarşı hərbi hücum Amerikanın maraqlarına İraq müharibəsindən daha artıq ziyan vura bilər. “New York Times” qəzetində dərc edilən məqalədə yazılıq ki, ekspertlər həbri əməliyyatların birbaşa neft qiymətlərinə təsir göstərəcəyi, İraqda vəziyyəti daha da sabitsizləşdirəcəyi və Amerikanın dünyadakı maraqlarına zidd olacağını deyirlər. 2004-cü ildə nəşr edilən “Bütün düşmənlərə qarşı” kitabının müəllifi cənab Klark Buş administrasiyasının terrorizmə qarşı mübarizəsinin tənqidçilərindəndir. Bütün bunlarla yanaşı Amerikanın Elm və Beynəxalq Təhlükəszlik institutu İranın yeraltı Natanz nüvə obyektinin satilllit vasitəsi ilə çəkdiyi şəkillərini açıqlayıb. Nüvə obyektinin üstünün sement və torpaqla örtüldüyünuü göstərən həmin bu 4 şəkil 2002-2006-ci illər arasında çəkilib.