Accessibility links

S.Hüseynin məhkəməsi çərşənbə gününədək təxirə salınıb


İraqın sabiq lideri Səddam Hüseynin məhkəməsinə Səddamın imzalarını təsdiq edən ekspertlərin yazılı ifadələri təqdim edilib. Qeyd edək ki, bu sərəncamlar 1980-ci illərdə şiələrə divan tutulması ilə bağlıdır. Vəkilər tərəfindən bu ifadələr narazılıqla qarşılanıb. Onlar ekspertlərin Daxili İşlər Naziriliyi tərəfindən müəyyən edildiyini və ekspertlərin xaricdən gətirilməli olduqlarını irəli sürüblər. Baş hakim Rauf Abdel Rəhman məhkəmənin işini çərşənbə gügünədək təxirə salıb. Beləliklə yazılı ifadələrin yoxlanışına əlavə vaxt verilmiş olur.
XS
SM
MD
LG