Accessibility links

Ermənilərin xatirə heykəli vandalizmə məruz qalıb


Fransanın Lion şəhərində Osmanlı İmperiyası dövründə erməni soyqırımı adlı hadisə ilə əlaqədar inşa edilmiş xatirə heykəli vandalizmə məruz qalıb. Üzərində 1915 və 1923-cü illərdə bir milyondan çox erməninin öldürüldüyü yazılan, hələ açılışı keçirilməmiş xatirə heykəli üzərində “orada soyqırım olmayıb” sözləri yazılıb.

Qeyd edək ki, Ermənistan Osmanlı Türkiyəsini soyqırımda günahlandırır. Rəsmi Ankara isə bu iddiaları rədd edir. Fransadakı erməni icması aprel ayının 24-də açılacaq monumentin təhlükəsizlyinin təmin olunmasını tələb edir.

XS
SM
MD
LG