Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Dik Çeyni Rusiya hökumətinin vətəndaşlarının hüquqlarını ədalətsiz şəkildə pozduğunu bildirib. Cənab Çeyni Moskvanı neft və qaz sərvətindən şantaj məqsədi ilə istifadə etməməyə çağırıb.
Litvanın paytaxtı Vilnyusda təşkil edilən Baltik və Qara dənizləri ölkələrinin konfransında çıxış edən cənab Çeyni deyib ki, Rusiyada demokratiyanın opponentlərinin siyasəti Kremlin başqa ölkələrlə münasibətlərinə bilavasitə təsir göstərə bilər. ABŞ-ın vitse-prezidenti Rusiyanın cari ilin əvvələrində Ukraynaya təbii qaz nəqlini kəsməsi qərarını tənqid etmişdir. O demişdir ki, neft və qazdan manipulyasiya və şantaj məqsədi ilə istifadə edənlər mənfəət götürə bilməz.
Dik Çeyni Buş administarsiyasının Rusiyaya sabit və güclü demokaratiyanın ona təhlükə törətmədiyini izah etməyə çalışacağını bildirib. ABŞ prezidenti Corc Buş Rusiya prezidenti Vladimir Putinlə iyul ayının ortalarında böyük səkkizlərin Sankt Peterburq sammitində görüşməlidir.