Accessibility links

Kofi Annan Birləşmiş Ştatları İranla birbaşa danışıqlara qatılmağa çağırıb.


BMT-nin Baş Katibi Kofi Annan Birləşmiş Ştatları İranla birbaşa danışıqlara qatılmağa çağırıb.

Cənab Ənnan dünən Amerikanın ictimaiyi televiziyasının tanınmış diktoru Jim Lehrerlə müsahibəsində bu çağırışı verərkən deyib ki, onun fikrincə, Birləşmiş Ştatlar, Avropa və Rusiya İranla birlikdə İranın nüvə programı məsələsini danışıqlar vasitəsilə həll edə bilərlər. BMT rəhbəri Təhlükəsizlik Şurasında İranın nüvə programının müzakirə ediləcəyi məsələsinə toxunarkən deyib ki, Birləşmiş Ştatların İranla birbaşa danışıqlara daxil olması yaxşı ideyadır. Çünki İranlılar məsələni Avropalılarla müzakirə etdikdən sonra, onlar bu danışıqların Birləşmiş Ştatlarla məsləhətləşdirilməsini gözləyirlər. Avropa Birliyi tərəfindən Birtaniya, Fransa və Almaniya İranla nüvə və uranın zənginləşdirilməsi programının dayandırılması məsələsini müzakirə ediblər. Onlar uran zənginləşdirilməsi programı vasitəsilə İranın nüvə silahlarına lazım olan texnalogiyanı əldə edə biləcəyinə inandıqlarını söyləyirlər. İran isə uranın zənginləşdirlməsi programının davam etdirəcəyini bildirir. Baş Katib Ənnan deyir ki, hazırda Təhlükəsizlik Şurasında İrana qarşı sanksiyaların tətbiqi layihəsi müzakirə edilir. Layihədə İrana qarşı hərbi qüvvələrdən istifadə istisna edilmir.

XS
SM
MD
LG