BMT-nin müşahidəçiləri Somalidə beynəlxalq silah ekbarqosuna baxmayaraq, ölkəyə güclü silah axını ilə vəziyyətin gərginləşdiyini deyirlər. Onların bildirdiyinə görə, Somalinin çoxsaylı qrupları bir neçə mənbədən silahla təmin olunurlar. Burada müvəqqəti fedearl hökumət, hərbi komandirlərin alyansı, militanat fundamentaslitlər, biznes şirkətləri və quldurlar daxildir. BMT-nin Təhlükəsizlik Şurasına göndərdikləri hesabatda müşahidəçilər adı çəkilməyən bir ölkənin silah embarqosunu pozaraq, hərbi komandirlərin alyansını gizli surətdə silahla təmin etdiyinə dair dəlilləri araşdırdıqlarını bildirirlər. Somalililərin bor çoxu, o cümlədən, müvəqqəti prezident Abdulla Yusif Əhməd ABŞ-ın bu alyansı dəktəklədiyini deyir. ABŞ hökuməti müvəqqəti hökuməti dəstəkləmək üçün somalilərlə iş aparıldığını bildirmiş, lakin bundan əlavə şərh verməmişlər.