Accessibility links

Əndican hadisələrinin ildönümü tamam oldu


Bu gün, may ayının 13-ü Özbəkistanda çoxlu sayda insan itkisi ilə nəticələnən zorakılıqların ildönümü tamam olur. Özbəkistan hökumətinin bu hadisələrdə İslam ekstremistlərini günahlandırdığına baxmayaraq qərb ekspertləri bu əməli siyasi repressiya kimi qiymətləndirirlər.

Bir il bundan əvvəl Özbəkistanın Əndican şəhərində yüzlərlə nümayişçinin hökumət qüvvələri tərəfindən qətlə yetirilməsindən sonra Birləşmiş Ştatlarla Özbəkistan arasında münasibətlər kəskin şəkildə pisləşdi. Bu hadisələrlə əlaqədar Birləşmiş Ştatlar və Avropa Birliyi Özbəkistandan araşdırmaların açıq şəkildə aparılmasını tələb edtikdən sonra Özbəkistan hökuməti ərazisindəki hərbi bazada yerləşdirilmiş ABŞ hərbi qüvvələrini çıxartdı və bir neçə qeyri-hökumət təşkilatlarını bağladı.

O vaxtdan bəri Özbək hökuməti Əndican hadisələrində İslam ekstremistlərini günahlandırır və ölənlərinin sayının 200-dən az olduğunu israr edir. Lakin İnsan Hüquqları təşkilatları və jurnalistlər hökumət qüvvələrinin şəhər meydanında toplaşmış minlərlə silahsız insana atəş açdıqlarını deyirlər.

Xatırladaq ki, Əndicanda baş verən zorakılıqlar həbsxanaya hücum nəticəsində İslam ekstremistləri ilə əlaqədə günahlandırılaraq həbs edilmiş yerli biznesmenlərin azad olunmasında sonra başladı. Lakin bu hadisələrin şahidi olan İsveçrənin Noya- Zoor-Her Zeytanq qəzetindən jurnalist Markus Bensmann deyib ki, nümayişçilərin hərəkətlərində dini motiv nəzərə çarpmırdı.

Birləşmiş Ştatların Dövlət Departamenti, Human Rights Watch- İnsan hüquqları Təşkilatı, Amnesty İnternational və digər monitorinq qrupları Qzbəkistan hökumətini demokratiya tələbi ilə nümayişə çıxan minlərlə nümayişçini dini ekstremizm ittihamı ilə qətlə yetirməkdə və həbsxanalara salmaqda günahlandırır. Lakin son il ərzində Birləşmiş Ştatlar və qərbin Özbəkistan hökumətini tənqid etməsinə baxmayaraq, bu hökumət demokratiya tərəfdarlarını təqib etməkdə davam edir. Bundan əlavə Əndicandakı qətliyamdan bəri Özbəkistan qərbdən üz çevrirərək suiyasi dəsətək və iqtisadi əməkdaşlıq üçün Rusiya və Çinə tərəf istiqamət götürüb. Bir çox mütəxəssislərin firkincə isə bu ondan xəbər verir ki, Özbəkistanda siyasi islahatlar hələ uzun müddətə ləngiyəcək.

XS
SM
MD
LG