Accessibility links

Prezident Buş İraqa dəstəyini bir daha ifadə edib


Prezident Buş İraq hökumətinə dəstəyini yenidən ifadə edib və deyib ki, Birləşmiş Ştatlar İraqda müvəffəqiyyətin əldə olunması üçün əlindən gələni edəcək. Cənab Buş bu açıqlamaları Bağdada gözlənilməz səfərindən bir gün sonra, bu gün Ağ Evdə verib.

ABŞ prezidenti müxbirlərə deyib ki, azad və demokratik İraqın paytaxtına səfər etmək imkanı ona ruh yüksəkliyi verib. Cənab Buş İraqın baş naziri Nuri əl-Məlikinin baş naziri ilə görüşməsindən məmnunluq duyduğunu deyib. Prezident Buş İraqda çətinliklərin mövcudluğunu etiraf edib, lakin bununla belə müvəffəqiyyətə inandığını bəyan edib. Corc Buş habelə deyib ki, İraq özünü müdafiə etmək qabliiyyətinə malik olmayana qədər hərbi qüvvələrin oradan çıxarılması dünya üçün təhlükəli olardı.

XS
SM
MD
LG