Accessibility links

Dünyada 230 milyon şəkər xəstəsi var


Son 20 ildə dünya boyu diabet xəstələrinin sayı misli görünməmiş dərəcədə yüksəlmişdir. Belə ki, şəkər xəstələrinin sayı 30 milyondan 230 milyona çatmışdır. Dünyada şəhər xəstələrinin ən yüksək göstəricisi Çinin payına düşür. Oradakı xəstələrin sayı 39 milyon təşkil edir. Hindistanda isə diabet xəstələrnin sayı 30 milyondur. Son illər Karib dənizi hövzəsi və Yaxın Şərq ölkələrində diabet göstəricisi 12 faizdən 20-yə yüksəlmişdir. Yoxsul ölkələrdə diabat xəstələrinin ömrü qısadır. Məsələn Mozambikdə insulindən asılı şəkər xəstəsinin ömrü orta hesabla 1, Malidə isə 2 il yarımdır. Ümumdünya Diabat Federasiyası hazırda BMT-nin problemin ciddiliyini qəbul edən qətnəməsini əldə etməyə çalışır. Belə ki, gələn 20 il ərzində şəkər xəstələrinin sayının 350 milyona qalxacağı təxmin edilir.
XS
SM
MD
LG