Accessibility links

Yaponiya və Birləşmiş Ştatlar Şimali Koreyanın cəzalandırılmasını tələb edir


Yaponiya və Birləşmiş Ştatların diplomatları Şimali Koreyanın iyulun 5-də keçirdiyi raket sınaqları ilə bağlı BMT-nin bu ölkəyə qarşı sanksiyalar tətbiq etməsini və Pxenyanın nüvə programı ilə əlaqədar beynəlxalq danışıqların bərpasını istəyirlər.

Yaponiya və Birləşmiş Ştatların birlikdə irəli sürdüyü bu tələb Çinin vitse prezidentinin başçılığı altında yüksək vəzifəli diplomatik heyətin Pxenyana etdiyi səfər vaxtına təsadüf edir.

Birləşmiş Ştatlar Dövlət Katibinin yardımçısı Christopher Hill isə bu gün Tokioda Yaponiyanın Xariçi İşlər Naziri Taro Aso daxil olmaqla digər rəsmilərilə görüşüb. Cənab Hill müxbirlərə deyib ki, onun ölkəsi və Yaponiya Şimali Koreyaya qarşı iqtisadi sanksiyaların tətbiqi məsələsində həmfikirdirlər.

Çin isə iqtisadi sanksiyaları qeyri məhsuldar adlandıraraq, bu ölçüyə qarşı veto hədəsi irəli sürüb. Çinin Pxenyana səfər ediən diplomatik heyəti isə Şimalı Koreyanı nüvə proqramı ilə bağlı altı-tərəfli danışıqlara qayıtmağa razı salmağa çalışacaq. Cənab Hill deyib ki, o, keçən həftə Pekində Çin rəsmilərilə keçirdiyi müzakirələrdən belə bir nəticəyə gəlib ki, Pekin köhnə müttəfiqi Şimalı Koreyanın raket sınaqlarından qəzəblənib. Belə ki, Pekin bundan əvvəl Şimali Koreyaya raket sınağı keçirməməyi tövsiyə etmişdi.

XS
SM
MD
LG