Accessibility links

Ramsfeld Əfqanıstandadır


Birləşmiş Ştatların müdafiə naziri Donald Ramsfeld ölkə prezidenti ilə məsləhətləşmələr aparmaq məqsədi ilə Əfganıstana qözlənilməz səfər edib. Cənab Ramsfeld təkid edib ki, Taliban başçılıq etdiyi ölkədəki zorakılıqlara son qoyulmalıdır.

Müdafiə naziri Donald Ramsfeld Əfganıstan prezidenti Həmid Karzay ilə Kabilə qələndən sonra dərhal qörüşmüşdür. Görüşdən sonra keçirilmiş mətbuat konfransında cənab Ramsfeld, Pakistanın adını səsləndirmədən, onu həmsərhəd Əfganıstanda zorakılıqlara dəstək verməkdə ittiham etmişdir.

Aydındır ki Taleban və əl-Qaida nümayəndələri sərhədləri maneəsiz keçirlər... və bunun qarşısını almaq məqsədi ilə sərhəddin hər iki tərəfində tədbirlər görülməlidir.

Eyni zamanda, cənab Ramsfeld deyib ki, yaraqlıların yaxalanmasında Pakistanın əməkdaşlığı son vaxtlarda artmışdır. Müdafiə nazirinin şərhləri ABŞ və Əfganıstan rəhbərlərinin, Pakistanın Əfganıstan ilə həmsərhəd ərazisində yaraqlıların sığanacaq və təlim düşərqələrinə yer verməsi barədə ittihamlarına təsadüf edir. Bu reqionda 80 mindən artıq hərbi qüvvəsini yerləşdirmiş Pakistan rəsmiləri isə yaraqlılara qarşı kifayət qədər mübarizə aprmamaqda onlara qarşı yönələn ittihamları rədd edirlər.

XS
SM
MD
LG