Accessibility links

İraqda bomba partlayışı 62 adamın ölümünə səbəb olub


Bu gün Bağdadın Sədrşəhr qəsəbəsindəki bazarda bomba partlayışı nəticəsində 34, bələdiyyə binasındakı partlayış nəticəsində isə 7 nəfər ölüb.

Partlayışdan bir neçə saat əvvəl ABŞ və İraq qüvvələri həmin rayonda reyd keçirərək şiə lider Moqtəda əl Sədrin tərəfdarları ilə toqquşmuşdular.

Kərkükdə məhkəmə binasının yanında partlayan bomba isə 20 nəfərin ölümünə 118 nəfərin yaralanmasına səbəb olub. Bu arada İraqın keçmiş lideri Səddam Hüseyn 2 həftədən artıq aclıq aksiyasından sonra xəstəxanaya yerləşdirilib. O, bazaar ertəsi günü məhkəmənin son iclasında iştirak etməli idi.

XS
SM
MD
LG