Accessibility links

Kondoliza Raysla İsrailin baş naziri arasında razılıq əldə edilib


ABŞ dövlət katibi Kondoliza Rays bu gün İsrailin baş naziri Ehud Olmertlə görüş keçirib. ABŞ dövlət katibi Kondoliza Rays və baş nazir Olmertin Qüds danışıqlarında əhatəli bir razılıq əldə edilib. İsrailin baş naziri deyib ki, İsrail Hizbullah hədə təşkil etməyənədək döyüşlər davam etdiriləcək. O deyib: "İsrail Hizbillaha qarşı mübarizəsini davam etdirmək əzmindədir. Biz onları daynadırmalıyıq. Biz günahsız insanlara qarşı minlərlə raketlərdən istifadə edən bir qrupa qarşı kəksin ölçülər götürməkdən çəkinmirik.”

İsrailin baş naziri Ehud Olmert İsrailin Livana qarşı hücumlarını özünümüdafiə kimi xarakterizə edib. O, Livan hökumətini Hizbullahla məsafə saxlamağa çağırıb. Qeyd edək ki, həm İsrail, həm də Amerika Birləşmiş Ştatları bildiriblər atəşkəs əldə etməklə Hizbullahın Livanın cənubunda qalmasına yol verilməməlidir.

ABŞ dövlət katibi Kondolizza Rays deyib ki, döyüşlərə son qoyulmasına dair əldə ediləcək hər bir razılıq uzunmüddətli olamlıdır. İsrail Livanın cənubunda Hizbullahın beynəlxlaq sülhməramlı qüvvələrlə əvəz edilməsini istəyir. lakin indiyədək heç bir ölkə oraya qüvvə göndərilməsi fikrinə dəstək verməyib.

XS
SM
MD
LG