Araşdırmalardan məlum olub ki, dünyanın ən böyük iqtisadiyyatlarının gəlirləri yavaşıyıb, inkişaf etməkdə olan ölkələrdə isə artım sürətlənib. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesabatında bildirilir ki, Amerika Birləşmiş Ştatları, Yaponiya və avro valyutasına malik olan dövlətdə iqtisadi artım zəifləyib. Eyni zamanda Çin, Hindistan, Rusiya kimi ölkələrdə artım müşahidə edilir.