Accessibility links

Livanın baş naziri BMT-nin qətnaməsinin onun ölkəsinin maraqlarına uyğun olduğunu deyib


Livanın baş naziri Fuad Siniora BMT Təhlükəsizlik Şurasının bu ölkədə düşmənçiliyə son qoymaq barədə qətnaməsinin Livanın maraqlarına uyğun olduğunu deyib. Livanın parlamenti bu gün qətnaməni müzakirə edəcək.

İsrailin baş naziri Ehud Olmertin də Knesseti qətnaməni ratifikasiya etməyə çağıracağı gözlənilir. Hizbullahın lideri Həsən Nəsrallah bildirib ki, onun qoşunları BMT-nin qətnaməsinə tabe olacaq, amma o əlavə edib ki, İsrail qoşunları ölkədən çıxarılmayana qədər Hizbullah döyüşməkdə davam edəcək. İsrail Mediası atəşkəsin bazar ertəsi səhər qüvvəyə minəcəyini xəbər verib. BMT rəsmiləri beynəlxalq qoşunların yaxın həftə ərzində Livana yerləşdirilə biləcəyini deyib

XS
SM
MD
LG