Accessibility links

Azərbaycanda rəsmən 1000 QİÇS-li xəstə var


Bu günlərdə Kanadanın Toronto şəhərində 16-cı beynəlxalq QİÇS konfransı keçirilir. Azərbaycanı konfransda təmsil edən nümayəndə heyətinin rəhbəri gənclər və idman naziri Azad Rəhimov Amerikanın səsinə verdiyi müsahibədə ölkəmizdə bu sahədə olan vəziyyət barədə danışıb.

Bir neçə gündür ki, Torontoda bütün dünyadan HİV-QİÇS-lə mübarizə üzrə ekspertlər, beynəlxalq təşkilatrların və hökumətlərin nümayəndələri QİÇS-lə mübarizəni müzakirə edirlər.

Əsas mövzulardan biri də gənclər arasında və inkişaf etməkdə olan ölkələrdə QİÇS-in sürətlə yayılmasının qarşısının alınmasıdır.

Azərbaycanda rəsmi statistikaya görə 1000-ə qədər HİV virusunun daşıyıcısı var. Lakin Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun sözlərinə görə, əsas problenm statistikanın etibarlı olmaması və indiyə kimi HİV-in diaqnostikası işinin düzgün qurulmamasıdır.

Əsas risk qrupunun gənclərdən ibarət olduğunu deyən cənab nazir, bunun əmək miqrasiyası ilə bağlı olduğunu qeyd etdi. AR Azad Rəhimovun sözlərinə görə, miqrantlar arasında maarifləndirmə işini aparmaq olduqca çərindir. Bütün bunlardan əlavə, Azərbaycan kimi mühafizəkar ölkədə QİÇS-in yayılmasına cəmiyyətin yoluxmuş adamlara mənfi münasibəti də rəvac verir.

XS
SM
MD
LG