Accessibility links

Benet Rəmsinin qatili həbs edilib


Rəmsi ailəsinin faciəsi 1996-ci ilin dekabr ayından başlayıb. Patsi Rəmsi evə qayıtdıqda 6 yaşlı qızını deyil, 118 000 dollar tələbi ilə məktub aşkar etmişdi. Evin zirzəmisində bu kiçik qızın əllləri və ayaqları bağlı cəsədi tapıldıqdan sonra ilk şübhə velideynlərə yönəlmişdi. Amerikalıların böyük narahatlıq hissi ilə izlədikləri bu hadisədə günahkarın aşkar edilcəyinə dair ümidlər itmişdi.

Hadisədən 4 ay sonra ilk rəsmi müsahibələri zamanı Rəmsilər övladlarının ölümündə günahkar olmadıqlarını demişdi. İstintaqın gedişində ən böyük səhv qatilin ailə üzvü deyil, başqası ola biləcəyinin diqqətə alınmaması idi. Cinayətkar isə hadisdən sonra Tailandda gizlənən 41 yaşlı, amerikalı məktəb müəllimi Con Karr imiş. Bankokdakı mənzilində nəzarət altına alınan şübhəli Con Beneti qətlə yetirdiyi etiraf edib. Lakin o, qızın ölümünün təsadüfən baş verdiyini deyib. Con Karr altı yaşlı Beneti oğurlamaq niyyətində oldğunu, lakin planının baş tutmadığına görə onu öldürməli olduğunu bildirib.

Tailand və Amerika rəsmilərinin birgə mətbuat konfransında bildirilib ki, o, iyun ayının 6-da Malayziyadan Tailanda iş sorağı ilə gəlib.

XS
SM
MD
LG