Accessibility links

Kanadanın Monreal şəhərindəki kollecə hücum olub


Kanadanın rəsmilərinin bildirdiyinə görə, Monreal şəhərindəki kollegə silahlı bir şəxsin hücumu nəticəsində 1 qadın qətlə yetirilmiş, 19 nəfər yaralanmışdır. Kollecə hücum edənin 25 yaşlı Kimver Cill adlı şəxsin olduğu bildirilir. Həmin şəxsin polis tərəfindən qətlə yetirildiyi xəbər verilir.

Şahidlərin dediyinə görə, dünən günorta Douson kollecinə hücum edən şəxs hələ küçədə ikən atəş açmağa başlamış və sonra kafeyə girərək orada atəşi davam etmişdir. Rəsmilər Gillin tək hərəkət etdiyini və hücumun səbəbinin hələ aydın olmadığını deyirlər. Lakin onlar bu hücumun terrorla heç bir əlaqəsi olmadığını bildiriblər.

XS
SM
MD
LG