Accessibility links

Səddam Hüseynin məhkəməsi yenidən təxirə salındı


İraqın sabiq lideri Səddam Hüseynin İraq şiələrinin qətli ilə bağlı məhkəməsi oktyabr ayının 16-dək təxirə salınıb. Lakin gözlənildiyi kimi həmin tarixdə ona qarşı ittihamnamə oxunacağı təxmin edilmir. Məhkəmə nümayəndəsinin bildirdiyinə görə, hakim məhkəmə işi ilə bağlı dəlilləri yenidən nəzərdən keçirməlidir. Günahkar tanındığı təqdirdə Səddam Hüseynə ölüm hökmü çıxarıla bilər. Xatırladaq ki, o, və digər 7 müttəhim 1982-ci il Duceyl şəhərində 150 şiənin qətlində ittiham edilir.

XS
SM
MD
LG