Accessibility links

Rusiyada qətlə yetirilmiş jurnalist Çeçenistanın Moskvapərəst lideri Ramazan Kadırovu ifşa edən hesabat hazırlamışdı


Rusiyanın baş prokuroru tanınmış jurnalist və Kremlə müxalif mövqeyi ilə tanınan jurnalistin dünən Moskvada güllələnməsi ilə bağlı təhqiqata rəhbərliyi öz üzərinə götürüb. Baş prokuror Yuri Çayka bu addımı atırkən qətlə yetirilmiş jurnalist Anna Politkovskayanın həmkarları onun bu yaxınlarda Çeçenistanda Rus xidmətçilərinin həyata keçirdikləri işgəncə və girovgörütmə əməliyyatları haqda hesabat açıqlamağı planlaşdırdığını bildirirlər. Həmkarların dediyinə görə şahid ifadələri və fotoşəkillərlə müşaiyət olunan hesabat sabah Novaya Qazeta-da çap olunmalı idi. Cümə Axşamı Azadlıq radiosuna verdiyi müsahibədə Anna Politkovksaya Moskvanın müdafiə etdiyi Çeçenistan baş naziri Ramazan Kadırova qarşı qadlrılan cinayət işində şahid olduğunu bidlrimişdi.
XS
SM
MD
LG