İraq polisinin bildirdiyinə görə, son 24 saat ərzində Bağdadda 56 insan cəsədi aşkar edilib. Cəsədlərin təriqətlərarası zorakılqrın qurbanları olduğu təxmin edilir. ABŞ hərbiçiləri Mahmudiyyə bölgəsində təşkil edilən reyd zamanı koalisiya qüvvələri tərəfindən 13 şübhəlinin öldürüldüyü, birinin isə nəzarət altına alındığını bildirib. Həmin bölgədə qumabaralar və partlayıcı maddələr aşkar edilib. ABŞ hərbiləri dünən həmin bölgədə həyata keçirilən hücum zamanı 7 ABŞ hərbi qulluqçusunun həlak olduğunu bildirib. İraqdan alınan digər bir xəbərdə isə bildirilir ki, baş nazir Nuri Əl-Maliki ABŞ-ın Milli Kəşfiyyat İdarələrinin rəhbəri Con Neqroponte ilə görüşüb.