Accessibility links

Prezident Buş Donald Ramsfeldin istefasını qəbul etdi


Prezident Buş Konqres seçkilərindən sonra Ağ Evdə mətbuat konfransı keçirdi. ABŞ prezidenti seçkinin respublikaçılar üçün nəticələrindən razı qalmadığını bildirsə də, hakimiyyətdə olacağı gələn iki il Nümayəndələr Palatasında nəzarəti ələ almış demokratlarla yaxından işləyəcəyini dedi. Prezident Buş demokratların qələbəsilə Konqresin Nümayəndələr Palatasında ilk qadın spiker olacaq Nensi Pelozini təbrik etdi. Müxbirlər qarşısında danışan prezident Buş Müdafiə naziri Donald Ramsfeldlə söhbət etdiyini və hər ikisinin Pentaqonda dəyişikliyə ehtiyac olduğu məsələsində razılığa gəldiyini bildirdi. Donald Ramsfeldin istefasını qəbul edən ABŞ przidenti bu vəzifəyə Mərkəzi Kəşfiyyat agentlyinin sabiq direktoru Robert Qeytsin namizədliyini irəli sürüb.
XS
SM
MD
LG