Accessibility links

Bülənd Ecevitin dəfn mərasimi etiraz aksiyasına çevrilib


Bu gün Türkiyənin keçmiş baş naziri Bülənd Ecevitin dəfn mərasimi minlərlə insanın Türkiyədə dünyəvi quruluşa radikal İslami təsirlərə qarşı etiraz aksiyasına çevrilib.

Türkiyənin beş dönəm baş naziri olan Bülənd Ecevit 1974-cü ildə Kiprə qoşun yeritməsi ilə türklərin qəhrəmanına çevrilmişdi.

Dəfn mərasimində iştirak edən kütlə Türkiyənin dünyəvi dövlət olduğunu və dünyəvi olaraq qalacağını deyiblər. Onlar Ankarada dövlət əhəmiyyətli dəfn mərasimləri üçün ayrılmış yerə gələn indiki baş nazir Rəcəb Tayyib Ərdoğanı etirazla qarşılayıblar. Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf Partiyası siyasiləşmiş İslami köklərə malikdir.

Bülənd Ecevitin dəfn mərasimindəki hökumət əleyhinə etirazlar müsaəlmanların yaşadığı dünyəvi Türkiyədə İslamın artan təsiri ilə bağlı narahatlığı üzə çıxarıb. 2003-cü ildə hakimiyyətə gəldikdən sonra cənab Ərdoğan dini məktəbləri dəstəkləmək və hökumət idarələrində başörütlü qadınlara qarşı qoyulmuş məhdudiyyətləri pisləməklə bu narahatlıqlara səbəb olub.

Dünyəvi rejim tərəfdarları indiki president Əhməd Necdət Sezər gələn il təqaüdə çıxandan sonra Ərdoğanın prezidentliyə namizəd olacağından narahatdır.

XS
SM
MD
LG